Energetika Nazirliyi “ASAN Xidmət”də fəaliyyətə başlayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmətlərin göstərilməsinə başlanılıb.
Bu barədə Metbuat.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasinin Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.21-ci bəndinə uyğun olaraq, 2023-cü ilin 4 sentyabr tarixindən Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində müvafiq xidmətlərin göstərilməsinə başlanılıb.
Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə sənədlərin qəbulu və hazır icazələrin verilməsi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində şənbə və bazar günləri də daxil olmaqla həftənin bütün günləri Nazirliyin əməkdaşları tərəfindən həyata keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Energetika #Nazirliyi #ASAN #Xidmətdə #fəaliyyətə #başlayıb