fbpx

Ulu Öndərin 100 illik yubileyi münasibətilə ​Hərbi Prokurorluğun tədbirləri davam edir

BEY.AZ informasiya agentliyi xəbər verir


Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə keçirdiyi silsilə tədbirlər davam etdirilir.

Hərbi Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, N saylı hərbi hissədə Müdafiə Nazirliyi ilə birgə keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, ALLAHdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Mərasimdə çıxış edən Bakı hərbi prokurorunun müavini, ədliyyə müşaviri Samir Əzimzadə, “Vətənpərvərliyin təbliğinə dəstək” ictimai birliyinin sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, qazi Rey Kərimoğlu və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.

Çıxışlarda həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.Ardınca Şəmstan Əlizamanlı vətənpərvər mahnılar oxuyub.

Tədbirdən sonra, hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ulu #Öndərin #illik #yubileyi #münasibətilə #Hərbi #Prokurorluğun #tədbirləri #davam #edir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin