fbpx

Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2023-cü il avqust ayının qiymət indeksini açıqlayıb.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2023-cü ilin avqust ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin avqust ayına nisbətən 4.5% artım müşahidə edilib (cədvəl 1). Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin avqust ayına nisbətən 6.4% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 2.3% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində 4.6%, gigiyena və təmizlik vasitələrinin qiymətində isə 4.9% artım izlənilib.

Cədvəl 1:

Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məhsul #qiymətləri #ilə #bağlı #Veysəloğludan #aylıq #AÇIQLAMA

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin