fbpx

Zərdabda 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir

BEY.AZ informasiya agentliyi xəbər verir


Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildirilib ki, 13 kilometr uzunluğa malik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Dörd min əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə müvafiq olaraq 6 metr təşkil edir.

Aparılan işlər çərçivəsində yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi, yol əsasının inşası aparılır, yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir, zəruri yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.

Qeyd olunub ki, yolun Ağabağı–Kəndəbil hissələrində torpaq işləri artıq yekunlaşıb, hazırda suötürücü boruların yenilənməsi və yol əsasının tikintisi işləri aparılır. Layihənin Nəzəralılı hissəsində artıq yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir. Yolun Şıxbağı hissəsi üzrə isə torpaq işləri və suötürücü boruların inşası yekunlaşıb, hazırda bu hissədə yol əsasının tikintisi işləri son mərhələdə olmaqla davam edir.

Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.

Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zərdabda #yaşayış #məntəqəsini #birləşdirən #yolun #tikintisi #davam #edir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin