fbpx

Ənvər Məmmədov 100 yaşında vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanlı jurnalist və diplomat Ənvər Məmmədov dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Ria Novosti” yayıb.

Qeyd edək ki, Ə.Məmmədov avqustun 15-i 100 yaşını qeyd edib. O, 1923-cü ildə Bakı şəhərində anadan olub. Ənvər Məmmədov SSRİ Xarici İşlər Xalq Komissarlığında işləyib, Nürnberq məhkəmələrində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib. 1950-ci ilin fevralına kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1956-cı ilə qədər Radio Komitəsinin baş redaksiyasının baş redaktoru (xaricdə yayımlanan) vəzifəsində çalışıb.

1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin nazir müşaviri, SSRİ jurnalının baş redaktoru olub. 1959-1960-cı illərdə – “Sovinformburo”nun baş redaktoru, rəhbərinin birinci müavini, 1961-ci ildən APN sədrinin birinci müavini vəzifəsini tutub. 1962-1985-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini, 1986-1992-ci illərdə APN-də siyasi müşahidəçi olub, uzun müddət “RİA Novosti” xəbər agentliyinin baş redaktorunun müşaviri işləyib.

7 orden və 10 medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilirdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ənvər #Məmmədov #yaşında #vəfat #etdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin