fbpx

Dövlət başçısı Braziliya Prezidentini təbrik etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu ünvanlayıb.

Metbuat.az.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu il Azərbaycan ilə Braziliya əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəkdir. İnanıram ki, birgə səylərimizlə dövlətlərarası əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dövlət #başçısı #Braziliya #Prezidentini #təbrik #etdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin