fbpx

Azərbaycan XİN-dən Paşinyana CAVAB

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın baş naziri Nikol Paşinyanın 7 sentyabr tarixində hökumət iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi, guya Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbyacan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.”Bölgədə təhlükəsizliyə əsl hədənin Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı baş nazir daxil olmaqla Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur.

Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneçilikləri dayandırmalıdır”, – məlumatda vurğulanır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #XİNdən #Paşinyana #CAVAB

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin