Ramos ağladı, uşaqlar təsəlli etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
18 ildən sonra “Sevilya”ya qayıdan Serxio Ramos üçün Ramon Sanchez Pizjuanda möhtəşəm təqdimetmə mərasimi təşkil edilib.
Metbuat.az xəbər verir ki, tədbir zamanı Serxio Ramos göz yaşlarına hakim ola bilməyib.
Serxio Ramos 18 ildən sonra geri qayıtdığı “Sevilya”da çıxış edərək, “Parisdə qalmaq imkanım oldu, amma düşündüm ki, “Sevilya”dakı dövrüm hələ tamamlanmayıb. Ümid edirəm ki, mən İvan Rakitiç və Xesus Navas kimi kubok qaldıracağam” bildirib.
Qeyd edək ki, iddialı təkliflərə baxmayaraq Serxio Ramos daha az məvacibə “Sevilya”ya transfer olmağa razılıq verib. Lakin onun “Sevilya”ya gəlişi birmənalı qarşılanmayıb. Ramosun “Sevilya”nın ünvanına sərt sözlər səsləndirdiyini deyən azarkeşlər transferə qarşı çıxıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ramos #ağladı #uşaqlar #təsəlli #etdi