Fəhlələr Böyük Çin Səddini sökdülər
BEY.AZ informasiya agentliyi xəbər verir
Çində inanılmaz hadisə baş verib.
Metbuat.az xəbər verir ki, Şansi əyalətində iki fəhlə yolu qısaltmaq üçün Böyük Çin Səddinin bir hissəsini söküblər. Tarixi abidəyə bərpası mümkün olmayan ziyan vuran iki işçi saxlanılıb. Məlumata görə, divarda mövcud olan boşluğu tikinti texnikası ilə daha da genişləndirən fəhlələr tarixi abidəyə zərər vurublar. Divarın yıxılan hissəsinin Min sülaləsi (1368-1644) dövründə tikildiyi bildirilib.
Qeyd edək ki, Böyük Çin səddi 1987-ci ildən YUNESKO-nun Ümumdünya İrs siyahısındadır. Abidə eramızdan əvvəl 3000-ci ildə, Çinin ilk imperatoru Qin Şi Huanqın dövründə inşa edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fəhlələr #Böyük #Çin #Səddini #sökdülər