ABŞ Niameydəki hərbçilərini təxliyə etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ Nigerin paytaxtı Niameydən bəzi hərbi personal və texnikanı başqa şəhərə köçürüb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama verib. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında bildirib ki, Niameydəki 101 saylı hava bazasındakı bəzi hərbi personal və texnika Aqadezdəki 201 saylı hava bazasına aparılıb. Hazırda Nigerdə 1100 ABŞ hərbçisinin olduğunu bildirən Sinqin sözlərinə görə, oradakı ABŞ əsgərləri üçün heç bir təhlükə yoxdur.
“Biz mövqeyimizi dəyişməmişik, mövqeyimiz eynidir. Ümid edirik ki, meydandakı vəziyyət diplomatik yollarla həll olunacaq” – Sabrina Sinq deyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞ #Niameydəki #hərbçilərini #təxliyə #etdi