Milli Məclis “TürkPA”nın adının dəyişdirilməsini təsdiqləyəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Milli Məclis Türkdilli Ölkələrin Parlament Assambleyasının adının dəyişdirilməsini təsdiqləyəcək.
Metbuat.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qurum Türk Dövlətləri Parlament Assambleyası adlanacaq.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Milli #Məclis #TürkPAnın #adının #dəyişdirilməsini #təsdiqləyəcək