ABŞ-dən İrəvanla bağlı diqqətçəkən açıqlamalar
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-nin Ermənistandakı səfirliyi gündəmdə olan Ermənistan-ABŞ birgə təlimi ilə bağlı yeni açıqlama verib.
Metbuat.az xəbər verir ki, səfir açıqlamasında İrəvanı “tərəfdaş” kimi təqdim edib. O bildirib ki, ABŞ və Ermənistan arasında birgə hərbi təlimlər əvvəllər də keçirilib. Səfirlik belə təlimin iki ölkənin silahlı qüvvələri arasında hazırlığın təmin edilməsi və qarşılıqlı fəaliyyətin yaxşılaşdırılması üçün keçirildiyini bildirib.
“Ermənistan ABŞ-ın çoxdankı tərəfdaşıdır. ABŞ və Ermənistan hərbi birləşmələri Ermənistan, ABŞ və digər ölkələrdə birgə hərbi təlimlərdə iştirak ediblər. Belə təlimlər Ermənistanda 2003, 2006 və 2008-ci illərdə keçirilib” – açıqlamada deyilir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə bağlı dediklərindən sonra İrəvan-Moskva arasında gərginlik yaranıb. Paşinyan Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan asılılığını “strateji səhv” kimi qiymətləndirib.
Rusiya ilə gərginliyə səbəb olan bəyanatlardan sonra Ermənistan ABŞ-la birgə təlim keçirməyə hazırlaşır. Rusiya isə təlimlərə etiraz edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞdən #İrəvanla #bağlı #diqqətçəkən #açıqlamalar