Rüfət Həsənov vəzifəsindən azad edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.
Metbuat.az “Apa”ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, mədəniyyət nazin Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.
“Rüfət Həsənov yaradıcı faaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb”, – nazirlikdən qeyd olunub.
Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rüfət #Həsənov #vəzifəsindən #azad #edildi