fbpx

Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edib.

Metbuat.az MN-ə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib. Baş Qərargah rəisi xatirə kitabına ürək sözlərini yazıb.

Sonra general-polkovnik K.Vəliyev türkiyəli həmkarı ilə görüşüb.

Əvvəlcə təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

Protokola uyğun olaraq şərəf kitabı imzalanıb.

Rəsmi qarşılanma mərasimindən sonra Baş Qərargah rəislərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Türkiyənin Baş Qərargah rəisi qonaqları salamlayaraq ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Ordu generalı M.Gürak iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.

General-polkovnik K.Vəliyev türkiyəli həmkarına dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Ölkələrimiz arasında uğurla inkişaf edən əməkdaşlığın qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti barədə brifinq təqdim olunub.

***

15:30

Ankarada Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında görüş olub.

Metbuat.az xəbər verir ki, M.Gürak azərbaycanlı həmkarını rəsmi mərasimlə qarşılayıb.

Daha sonra tərəflər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.

Qeyd edək ki, sentyabrın 11-də K.Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Səfər M.Gürakın dəvətilə həyata keçiilir.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #və #Türkiyənin #Baş #Qərargah #rəisləri #görüşüb

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin