Kim Çen Inın Rusiyaya səfəri barədə Kremldən açıqlama
BEY.AZ informasiya agentliyi xəbər verir
Kremlin mətbuat katibi Dmitri Peskov Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, Kim Çen Inın Prezident Vladimir Putinlə görüşündə müdafiə naziri Sergey Şoyqu da iştirak edəcək. Peskov mövzu ilə bağlı suala “Bəli, iştirak edəcək” cavabını verib. Kremlin sözçüsü əlavə edib ki, Rusiya və Şimali Koreya müdafiə nazirləri arasında ayrıca görüş gözlənilmir.
Qeyd edək ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi Kim Çen Inın Rusiyaya getdiyini əks etdirən fotolar dərc edib. Rusiya Dəmir Yollarının simvollarını olduğu zirehli qatar Primorsk diyarında Razdolnaya çayı üzərindəki körpünü keçərək şimala doğru hərəkət edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kim #Çen #Inın #Rusiyaya #səfəri #barədə #Kremldən #açıqlama