”Qalatasaray”da böhran – Futbolçu təkcə pulu qəbul etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qalatasaray”da uğurlu oyunu ilə diqqət çəkən Saşa Boeylə bağlı böhran yaşanır.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi fransalı sağ cinah müdafiəçinin maaşını artırmaqla müqaviləsini uzatmaq istəyir. Bundan əlavə, “Qalatasaray” 22 yaşlı futbolçunun sərbəst qalma maddəsini 25 milyon avroya çatdırmağı planlaşdırır.
Lakin fransız futbolçu “Qalatasaray”ın təklifini rədd edib. Boey rəhbərliyin maaşını artırmaq təklifini qəbul etsə də, müqavilənin müddətini uzatmaq təklifini rədd edib. Türkiyə mənbələrinin məlumatına görə, futbolçu yeni müqaviləyə müqavilə müddətinin uzadılmasını və sərbəst buraxılma bəndinin daxil edilməsini istəmir.
Qeyd edək ki, futbolçunun “Qalatasaray”la müqaviləsi 2025-ci ilə qədər davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qalatasarayda #böhran #Futbolçu #təkcə #pulu #qəbul #etdi