Türkiyə klubu “Qarabağ”ın daha bir futbolçusunu istəyir
BEY.AZ informasiya agentliyi xəbər verir
Şahruddin Məhəmmədəliyevin ardından “Qarabağ”ın daha bir futbolçusu karyerasını Türkiyyənin Super Liqa təmsilçilərindən olan “Adana Demirspor”da davam etdirə bilər.
Metbuat.az “FotoMaç” a istinadən xəbər verir ki, “mavi şimşəklər” 22 yaşlı cinah müdafiəçisi Toral Bayramovun xidmətində maraqlıdır. Məlumata görə, Adana klubu qış transfer pəncərəsində Ağdam klubuna rəsmi təklif göndərəcək.
Bayramov bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 11 oyuna çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Şahruddin “Adana Demirspor”la 2 illik müqavilə bağlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyə #klubu #Qarabağın #daha #bir #futbolçusunu #istəyir