fbpx

Paşinyan Putinə zəng əvəzinə niyə məktub göndərib?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyan bölgədə yaranan gərginlik fonunda bir gündə 5 ölkə rəhbərinə zəng etdi. İran Prezidenti Seyid İbrahim Rəisi, Fransa prezidenti Emmannuel Makron, ABŞ Dövlət katibi Antoni Blinkenlə, Almaniya kansleri Olaf Şoltsla və Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri də Paşinyanın Putinə zəng etməməsi olub.

Ermənistanın “Hrapaprak” nəşrinin məlumatına görə, əslində, Paşinyan Putinə zəng edib. Lakin Kreml zəngə cavab verməyib: “Hakimiyyətə yaxın mənbə deyir ki, Nikol Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onları Rusiyaya qarşı olmadıqlarına inandırıb”.

Nəşr həmçinin qeyd edir ki, Paşinyan bundan sonra Rusiyaya qarşı mövqeyini yumşaltmağa çalışıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumundançıxış edərək bildirib ki, Paşinyan ona zəng yox, ətraflı məktub göndərib: “Biz onunla təmasdayıq. Ermənistanla, Baş nazir Paşinyanla heç bir problemimiz yoxdur”, – deyə o qeyd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Paşinyan #Putinə #zəng #əvəzinə #niyə #məktub #göndərib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin