fbpx

Aİ Azərbaycanda ən çox etibar edilən beynəlxalq qurumdur

BEY.AZ informasiya agentliyi xəbər verir


Avropa İttifaqı (Aİ) Azərbaycanda ən çox etibar edilən beynəlxalq qurumdur.

Metbuat.az xəbər verir ki, bu 2023-cü ildə Azərbaycanda həyata keçirilən illik rəy sorğusunun nəticələrinə əsasən bəlli olub.
“EU NEIGHBOURS EAST” tərəfindən həyata keçirilən sorğuya əsasən, Azərbaycan vətəndaşlarının əksəriyyəti (61%) Avropa İttifaqı (Aİ) haqqında müsbət fikirdədir. Bu, rəy sorğularının ilk dəfə keçirilməyə başladığı 2016-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Həmin il rəyi soruşulanların cəmi 27%-i Aİ haqqında müsbət fikirdə idi. 2022-ci ildə isə bu göstərici 48% olub.

Sorğuların ilk dəfə həyata keçirilməyə başladığı 2016-cı il ildə qeydə alınan 71% ilə müqayisədə bu il 80% azərbaycanlı (indiyə qədər qeydə alınmış ən yüksək göstərici) ölkəsinin Aİ ilə yaxşı əlaqələrə malik olduğunu düşünür.

Sorğu göstərir ki, Aİ Azərbaycanda ən çox etibar edilən beynəlxalq qurumdur.
2023-cü ildə 40% respondent Aİ-nin maliyyə dəstəyi haqqında məlumatlı olduğunu bildirib, bu rəqəm ötən il 30% olub. Respondentlərin ən çox istinad etdiyi Aİ təşəbbüsləri və proqramları arasında Gənc Avropa səfirləri (29%) və Erasmus+ proqramı (25%) olub.
Sorğuda iştirak edənlərin yarıdan bir qədər çoxu (52%) Aİ-nin Azərbaycanda məşğulluğun dəstəklənməsində daha çox rol oynamasını, 46%-i təhsil sahəsinə, 45%-i isə səhiyyə sektoruna diqqətin artırılmasını istəyir.
Rəyi soruşulan hər iki respondentdən biri Avropa İttifaqının nə olduğunu çox yaxşı və ya kifayət qədər yaxşı bildiyini, 61%-i isə Aİ-nin Azərbaycanda Nümayəndəliyinin olduğunu bildirib.
Ən son sorğu 2023-cü ilin fevral ayında bütöv ölkə ərazisində 1 000 nəfərdən ibarət nümunə respondent arasında üz-üzə müsahibələr vasitəsilə həyata keçirilib. Bu rəy sorğuları 2016-cı ildən etibarən hər il Azərbaycanda və digər beş Şərq Qonşuluğu regionu ölkələrində “EU NEIGHBOURS EAST” proqramı tərəfindən aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Aİ #Azərbaycanda #ən #çox #etibar #edilən #beynəlxalq #qurumdur

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin