fbpx

Hava şəraiti yenidən dəyişəcək – XƏBƏRDARLIQ

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda və Abşeron yarımadasında sentyabrın 17-si gündüzdən 18-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 17-si axşamdan 18-i gündüzədək isə yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Sentyabrın 17-si qərb rayonlarından başlayaraq 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara, Mərkəzi-Aran, Qarabağ və Şərqi Zəngəzur) yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hava #şəraiti #yenidən #dəyişəcək #XƏBƏRDARLIQ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin