İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədrinə başsağlığı verdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə başsağlığı verib.
Metbuat.az xəbər verir ki, dövlət başçısı məktubunda qeyd edib: “Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi”.
Azərbaycan Prezidenti bu faciə ilə əlaqədar Məhəmməd Yunis Əl-Mənfiyə, həlak olanların ailələrinə və yaxınlarına, dost Liviya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İlham #Əliyev #Liviya #Dövləti #Prezident #Şurasının #Sədrinə #başsağlığı #verdi