Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Metbuat.az xəbər verir ki, əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxışlar zamanı müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusunun dünyanın hər zaman inkişafda olan müzəffər orduları sırasında dayandığı vurğulanıb, 44 günlük Vətən müharibəsi ilə tariximizə Zəfər Gününü yazan ordumuzun şəxsi heyətinin daim yüksək döyüş hazırlığına malik olduğu qeyd edilib.
Sonra hərbi qulluqçulara müxtəlif medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Sonda şəxsi heyətin tirbuna önündən təntənəli keçidi olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Naxçıvanda #ilk #milli #hərbi #hissənin #yaradılması #qeyd #edildi