fbpx

Azərbaycanda bu avtomobillərə tələb azalıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqust ayında Bakıda Avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Belə ki, 30 min manatadək olan avtomobillərin qiyməti avqust ayında 4.3 faiz yüksəlib. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiymətində il ərzində 0.7 faiz artım qeydə alınıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana, ümumilikdə 65 726 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16 481 ədəd avtomobil və ya 33,5% artıb.

Ölkəyə gətirilən avtomobillərin 81 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 60 922 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 483 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 240 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #avtomobillərə #tələb #azalıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin