BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.
Klubun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VIP biletlərin qiyməti isə 200 manatdır.
Biletləri Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan, eləcə də “Iticket.az”ın satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” matçı saat 20:45-də başlayacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Molde #oyununun #biletləri #satışa #çıxarıldı

