EvXəbərlər"Lazımi işlər görməyə hazırıq" - "Taliban"dan Azərbaycan AÇIQLAMASI

“Lazımi işlər görməyə hazırıq” – “Taliban”dan Azərbaycan AÇIQLAMASI

Published on

spot_img

BEY.AZ informasiya agentliyi xəbər verir


Əfqanıstana nəzarət edən Taliban hərəkatı Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazır olduğunu bəyan edib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “CBC-Azerbaijan” telekanalına müsahibəsində hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.

Onun sözlərinə görə, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasına yüz faiz hazırdır:

“Biz bununla bağlı zəmin yaratmağa və lazımi işləri görməyə hazırıq. Biz də istərdik ki, Azərbaycanda bizim nümayəndələrimiz olsun”.

Z.Mücahid vurğulayıb ki, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

“Məlum olduğu kimi, ərazi bütövlüyü məsələsi Əfqanıstan üçün son dərəcə vacibdir. Hesab edirəm ki, bu, Azərbaycan üçün də eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lazımi #işlər #görməyə #hazırıq #Talibandan #Azərbaycan #AÇIQLAMASI

Latest articles

More like this

Gördükləri şey qarşısında donub qaldılar

Gördükləri şey qarşısında donub qaldılar

Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın

Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın