EvXəbərlərAzərbaycan çempionatında 3 yeni komanda

Azərbaycan çempionatında 3 yeni komanda

Published on

spot_img

BEY.AZ informasiya agentliyi xəbər verir


Region Liqasının 2023/24-ci il mövsümünə aid qeydiyyatı başa çatıb.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, avqustda bununla bağlı elan verən AFFA sentyabrın 15-də «pəncərə»ni örtüb.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Ramana» və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Şirvanovka» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #çempionatında #yeni #komanda

Latest articles

More like this