Bu şəxslər yenidən risk altındadır
BEY.AZ informasiya agentliyi xəbər verir
“COVİD-19-un yeni variantı əgər ölkəmizdə də aşkarlanarsa, təbii ki yoluxma sayında çoxalma olacaq. Lakin hər kəsə məlumdur ki, cəmiyyətin böyük əksəriyyəti bu xəstəliyi keçirib və sağalıblar. Bizim ölkədə COVİD-19-a qarşı peyvəndləmə göstəriciləri də qənaətbəxşdir”.
Metbuat.az xəbər verir ki, bu fikirləri TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva “Yeni Müsavat”a deyib. O bildirib ki, hələ ki COVİD-19-un “Omikron” ştamının EG.5 variantına qarşı Ümumdünya Səhiyyə Təşkilatı və digər nüfuzlu səhiyyə qurumlarının xüsusi bir tövsiyəsi açıqlanmayıb”.
“Artıq bir neçə aydır ki, COVİD-19-un “Omikron” ştamına uyğun alt variant olan EG.5 dünyada sürətlə yayılmaqdadır, buna eyni zamanda “Eris” adı da verilib: “Xüsusilə də ABŞ, Çin, Avropanın bir sıra ölkələrində yeni və sürətli yoluxmalara səbəb olub. Bu ilk dəfə deyil. Bundan öncə də COVİD-19-un müxtəlif mutasiyalarını, ştamlarını biz müşahidə etmişik. Lakin dəyişməyən bir həqiqət var ki, hələ heç bir yeni yaranmış ştam özündən öncəkilərə nisbətən daha ağır gedişə malik olmayıb. Sadəcə, bu ştamın özündən əvvəlkilərlə müqayisədə yoluxuculuq sürəti daha yüksəkdir. Qısa bir zamanda kütləvi şəkildə yoluxmalara səbəb ola bilər.Vaksinlərlə bağlı hər zaman beynəlxalq tibbi qurumların tövsiyələrini biz nəzərə alırıq”.
İnfeksionist əlavə edib ki, hər zaman olduğu kimi, COVİD-19-un bütün mutasiyalarına, variantlarına qarşı həssas əhali qrupu, risk qrupuna daxil olan şəxslər diqqətli olmalıdır: “Yanaşı xəstəliyi olanlar, xroniki xəstəliyi olanlar, COVİD-19-a qarşı peyvənd olunmamış vətəndaşlar üçün hər zaman müəyyən qədər təhlükə mövcuddur. Hazırda yeni mutasiya ilə yoluxma hallarına rast gəlinməyib”.
Qeyd edək ki, ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 1 ayda dünya üzrə yoluxanların sayı 38% artıb. Məlumata görə, ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb. Son həftə ərzində ABŞ-da COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalılara COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#şəxslər #yenidən #risk #altındadır