fbpx

Azərbaycanın bu bölgəsində tramvay olacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndirilməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Bundan başqa, muxtar respublikada elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqi, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən (minik avtomobilləri, avtobuslar və s.) istifadənin artırılması, elektriklə işləyən nəqliyyat vasitələri üçün doldurma məntəqələrinin qurulması planlaşdırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #bölgəsində #tramvay #olacaq

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin