Bu həvəslə daha böyük uğurlar əldə edəcəyik
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qarabağ”ın kapitanı Maksim Medvedev Avropa Liqası qrup mərhələsinin “Molde” ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Metbuat.az xəbər verir ki,xəbər verirki, 34 yaşlı müdafiəçinin görüşlə bağlı fikirlərini bölüşüb:
“Artıq əsas işimizi görə bildik. Qrupda oynayacağıq. Avropa Liqasının qrupunda hər il nəticəyə yaxın idik. “İnter”lə oyunu deyirəm. Bu il də yaxşı imkanımız var. İstifadə edə bilərik. Futbolçular hər şeyi edəcəklər ki, daha da irəliləyək. Hazırda oyunçularda elə atmosfer yaranıb ki, hamı oynamaq istəyir, heyət genişlənib. Məşqdən də görünür ki, hamı oynamaq istəyir. İnanıram ki, belə həvəslə bu il daha böyük uğurlar əldə edə biləcəyik.
Ola bilsin ki, az oynayıram. Amma daim komanda ilə birlikdəyəm. Çalışıram ki, özümü yaxşı formada saxlayım. Oyunda ala bilmədiklərimi çalışıram ki, məşqdə alım. Uzun müddət böyük oyunlar oynamasam da, təcrübəm var, beynimdə hər şey qalıb. Uşaqlara baxanda da analiz edirəm. Daim özümü oyundakı kimi saxlayıram. Fiziki durumumu isə məşqdə düzəldirəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#həvəslə #daha #böyük #uğurlar #əldə #edəcəyik