BEY.AZ informasiya agentliyi xəbər verir
Gecə boyu Rusiya sülhməramlı qüvvələri ilə dialoq əsnasında mütəmadi əməkdaşlığımız davam edib.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, bu vasitə ilə Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb: “Bu baxımdan, yerli əhalinin təhlükəsizliyi koordinasiyalı formada təmin edildi. Azərbaycan Silahlı Qüvvələri, Rusiya sülhməramlıları və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə lazımı məlumatlar göndərildi. Prosesin davamı olaraq, rus sülhməramlıları və beynəlxalq tərəfdaşlarla birlikdə tədbirlərimizi davam etdirirdik, təkliflər irəli sürülmüşdü. Yekun olaraq, saat 13:00 prosesin dayandırılması razılaşdırıldı”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağın #erməni #sakinlərinə #müəyyən #ismarıclar #çatdırılıb

