fbpx

​“Veysəloğlu” rəhbərləri gənclərlə biznes təcrübələrini bölüşür

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Satışın İdarəedilməsi” dərsində ilk qonaq Şirkətlər Qrupunun CEO-su Burak Dənizdir.

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Dövlət İqtisad Univesiteti (UNEC) ilə birgə yeni layihəyə başlayıb.

Layihə çərçivəsində Şirkətlər Qrupunun rəhbər şəxsləri tədrisi türk dilində olan fakültənin son kurs tələbələrinə “Satışın İdarəedilməsi” və “Pərakəndəçilik” mövzusunda öz biznes təcrüblərini bölüşəcək.

“Satışın İdarəedilməsi” dərsində ilk qonaq Veyəloğlu Şirkətlər Qrup CEO-su Burak Dəniz olub. O, strategiya, vizyon, missiya və şirkət dəyərlərinin əhəmiyyətindən real nümunələrlə bəhs edib.

Burak Dəniz karyerasında qarşılaşdığı maraqlı məqamları tələbələrlə bölüşərək onlara uğurlu biznes qurmaqla bağlı tövsiyələr verib.

Qeyd edək ki, layihənin məqsədi tələbələrin real biznes mühitinə keçidini sürətləndirmək və belə böyük şirkətlərin layihələrinə tələbələrin inteqrasiyasını sürətləndirməkdir.

Veysəloğlu Şirkətlər Qrupu ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirərək tələbə və məzunların biznes sahəsinə cəlb edilməsinə dəstək olmağa davam edir.

Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə “Deloitte” şirkətinin təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qaliblərindəndir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Veysəloğlu #rəhbərləri #gənclərlə #biznes #təcrübələrini #bölüşür

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin