fbpx

Ordumuz Xankəndiyə buna görə daxil olmadı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Niyə Xankəndiyə daxil olmuruq sualına çox rast gəlirəm. Hazırda ərazilərimizdən erməni silahlıları tam çıxarılmayıb, onlara məxsus silahlar, zirehli vasitələr və artilleriya qurğuları bizə tam təhvil verilməyib. Bu prosesdən əvvəl əraziyə daxil olmaq əsassız itkilərə səbəb ola bilər”.

Metbuat.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, Rusiya kontingenti Ağdam, Kəlbəcər və Laçında olduğu kimi erməni silahlılarını ərazidən çıxaracaq, həm də silahları və texnikaları yığıb bizə təhvil verəcək:

“Bundan sonra əraziyə girmək daha təhlükəsiz olacaq. Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik və ruslar ilə əlaqədəyik. Bu günə qədər şeytan yuvası olan Xankəndi üzərində Bayrağımızı hər an dalğalandira bilərik, amma bunu itkisiz etməliyik və mütləq yaxın zamanda edəcəyik. Kimsənin şübhəsi olmasın. Rahat olun”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ordumuz #Xankəndiyə #buna #görə #daxil #olmadı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin