Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyan ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər ikitərəfli və son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərin reinteqrasiya prosesi və qeyri-qanuni erməni qüvvələrinin Azərbaycan tərəfindən tərk-silahı prosesi vurğulanıb.