Yaponiya Qran-prisinin qalibi bəlli oldu
“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula 1” üzrə Yaponiya Qran-prisinin qalibi olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, niderlandlı sürücü cari mövsüm 13-cü dəfə yarışı lider tamamlayıb.
“McLaren” sürücüləri Lando Norris və Oskar Piastri növbəti pillərdə qərarlaşıblar.
Bundan əlavə, “Red Bull” komandası sona 6 turnir qalmış Konstruktorlar Kubokunda çempionluğunu rəsmiləşdirib.