EvXəbərlərQənirə Paşayevanın son durumu açıqlandı

Qənirə Paşayevanın son durumu açıqlandı

Published on

spot_img
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Ötən gün komaya düşən Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti stabil-ağırdır.

Metbuat.az xəbər verir ki, bunu onun yaxınları bildirib.

Qeyd olunub ki, deputatın səhhətində heç bir dəyişiklik yoxdur və stabil-ağır olaraq qalır, müalicəsi davam edir.

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri – arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

O, süni tənəffüs aparatına qoşulub.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qənirə #Paşayevanın #son #durumu #açıqlandı

Latest articles

More like this