38 yaşlı Modriç bu kluba transfer olmağa razılıq verdi
Avropa futbolu ilə vidalaşmağa hazırlaşan Luka Modriç yeni macəra axtarışındadır.
Metbuat.az xəbər verir ki, 38 yaşlı futbolçunun gələn mövsüm MLS-də oynaya biləcəyi iddia edilib. “The Dubrovnik Times” qəzetinin yazdığına görə, “İnter Mayami”nin ortaqlarından biri olan Devid Bekhem bu mövsüm “Real Madrid”in rotasiya oyunçusuna çevrilən xorvatiyalı oyunçunu transfer etməyi planlaşdırır.
Lakin Modriç “İnter Mayami”yə transfer olmaq üçün məvacibində endirim etməlidir. iddialara görə, Modriç buna razıdır. Heyətində Messi ilə yanaşı Jordi Alba, Serxio Buskets kimi ulduzların da yer aldığı “İnter Mayami”nin Luis Suaresi də transfer etmək istədiyi bildirilir.