fbpx

Rusiya XİN Paşinyana CAVAB VERDİ

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Ermənistanın baş naziri Nikol Paşinyan anti-Rusiya bəyanatları ilə günahı rəsmi Moskvanın üzərinə atmaq, məsuliyyətdən yayınmaq istəyir”.

Metbuat.az əbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Paşinyanın dünənki çıxışlarında Rusiyaya qarşı qəbuledilməz bəyanatlar var: “İrəvan bilərəkdən Moskva ilə əlaqələri pozmağa çalışır. Beləliklə, Qərbin geosiyasi oyunlarının girovuna çevrilir və böyük səhvə yol verir”.

Bildirilib ki, Rusiya-Ermənistan münasibətləri üçün dağıdıcı proseslər Qərb tərəfindən stimullaşdırılır və sistemli xarakter daşıyır: “Ermənistan mediasında açıq-aşkar anti-Rusiya kampaniyası aparılır. Ermənistandakı etirazların Rusiyadan qaynaqlanması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur”.

Həmçinin bəyanatda göstərilib ki, Paşinyan bütün bu müddət ərzində Ermənistanın bilərəkdən Rusiyadan üz döndərməyə hazırlaşdığını etiraf edib: “Rusiya isə Ermənistana təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində genişmiqyaslı yardım göstərməkdə davam edir”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Rusiya #XİN #Paşinyana #CAVAB #VERDİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin