Kadırovun oğlu Quranı yandıran gənci döydü: “Düzgün edib”
Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Adam Kadırovun Qurani-i Kərim kitabını yandırmaqda təqsirləndirilərək saxlanılan Nikita Juravel adlı gənci döyməsinin görüntülərini yayıb.
Metbuat.az xəbər verir ki, Kadırov sözügedən videogörüntüləri öz teleqram kanalında paylaşıb.
Kadırov paylaşımında oğluna haqq qazandıraraq qeyd edib: “Döyüb, düzgün edib. Bundan əlavə, hesab edirəm ki, hər hansı müqəddəs kitaba hörmətsizlik edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəzalandırılmalıdır”.