Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
Sentyabrın 29-da Mənəvi Dəyərlərin Təbliği Fondu və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Unudulmaz Dəyərlər: Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması” konfransı keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib. Media qurumlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan konfransda ümumi çıxışlar və panel müzakirələrin keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd media qurumları və qeyri-hökumət təşkilatları nümayəndələri ilə qarşılıqlı əlaqələri gücləndirmək və milli-mənəvi dəyərlərin təbliği istiqamətində əməkdaşlıq şəraitində səyləri artırmaqdır.