fbpx

“Poladın ruhu Xocalıya ayağımız dəyəndə dinclik tapacaq”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Polad Həşimov 2020-ci il iyulun 14-də şəhid olmağı ilə Azərbaycan xalqını ayağa qaldırdı. Onun şəhadətindən sonra minlərlə gənc intiqam hissi ilə irəli atıldı. Poladın izi ilə gedən gənclərimiz öz canları, sağlamlıqları hesabına 44 gün ərzində Şanlı Qələbə qazandılar.

Metbuat.az “AzərTac”a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova İkinci Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib.

Şəhid generalın anası fikirlərinə belə davam edib: “Torpaqlarımızı itirəndə də neçə-neçə qəhrəman oğulları qurban vermişdik. Onların yarımçıq qalan arzusunu gənclərimiz öz canları, qanları hesabına həyata keçirdilər. Xankəndiyə, Xocalıya soydaşlarımızın ayağı dəyəndə, orada həyat yenidən canlananda Polad kimi qəhrəmanların ruhu da dinclik tapacaq. Çünki onlar məhz bu günlər üçün öz canlarını fəda etdilər”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Poladın #ruhu #Xocalıya #ayağımız #dəyəndə #dinclik #tapacaq

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin