EvXəbərlərŞuşa-Laçın avtomobil yolunda 2 maşın yanıb

Şuşa-Laçın avtomobil yolunda 2 maşın yanıb

Published on

spot_img
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şuşa rayonu, Şuşa-Laçın avtomobil yolunun Turşsu kəndi yaxınlığından keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şuşa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus “KamAZ” markalı, həcmi 8 ton olan yanacaqdaşıyan avtomobilin yol kənarına aşması ilə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi müəyyən olunub. Hadisə zamanı yol kənarında dayanan erməni vətəndaşlara məxsus “Hummer” və “Mercedes” markalı avtomobillərdə də yanğın baş verib.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #ŞuşaLaçın #avtomobil #yolunda #maşın #yanıb

Latest articles

More like this