fbpx

Sahibə Qafarova fransalı spikeri fakt qarşısında qoydu

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi lokal antiterror tədbirləri haqqında məlumat verərək, fransalı spikeri fakt qarşısında qoyub.

Milli Məclisdən Metbuat.az-a verilən məlumata görə, S.Qafarova deyib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif edib. Lakin Ermənistan üç ildir ki, bu müqaviləni imzalamaqdan boyun qaçırmaq üçün bütün vasitələrə əl atıb: siyasi və hərbi təxribatlar törədib, ərazilərin minalanmasını davam etdirib, əvvəllər əldə edilmiş razılaşmaları pozub, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib.

Milli Məclisin sədri artıq bir neçə aydır, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində qondarma “blokada”, “humanitar böhran” barədə bütün dünyaya çoxsaylı yalanlar yaydığını vurğulayaraq, xatırladıb ki, Ermənistanın Azərbaycanın həm Ağdam, həm də Laçın yollarından istifadə təklifindən imtina etməsi ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi təxribat olmuşdur.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə çağırış edib ki, ölkəmizin Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvəsinin və qeyri-qanuni separatçı rejimin mövcudluğu regionda sülh və sabitliyin əldə olunmasına əsas maneədir. Çünki bu qüvvələr bizim ərazilərimizdə hərbi təxribatlar törədirdilər. Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak olub və yaralanıblar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bütün bu təxribatlara cavab olaraq, Azərbaycan 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib. Bu zaman yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olub. Mülki əhali və obyektlər heç vaxt hədəfə alınmayıb və Azərbaycan hərbçiləri mülki yaşayış məntəqələrinə daxil olmayıblar.

Rüya tabirlerini burdan oku

Spikerin sözlərinə görə, Ermənistan baş naziri də Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmamasını və onlara qarşı kütləvi zorakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığını etiraf edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sahibə #Qafarova #fransalı #spikeri #fakt #qarşısında #qoydu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu