“Bu dünya Qənirə xanım üçün çox kiçik idi”
“Qənirə xanımla bağlı deyiləcək sözlər çoxdur. Onun idealları, Azərbaycan xalqı, türk milləti ilə daima yaşayacaqdır. Qənirə xanım tək deyildi, o hamının probleminə diqqətlə yanaşan dinamik bir xanım idi”.
Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib:
“Biz onun milli mübarizəsinə şahidlik etdik. Qənirə xanımın Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində əvəzsiz xidmətləri olmuşdur. O daima səfərlərdə idi. Bir gün İstanbulda, o biri gün ABŞ-da, digər gün isə başqa ölkəyə səfər edib Azərbaycanın, türk dünyasının rifahı üçün əlindən gələni əsirgəmirdi. Bu dünya Qənirə xanım üçün çox kiçik idi. Allah onu rəhmət etsin, məkanı cənnət olsun”.