fbpx

FHN Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, təmir işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində mənzilin bir otağının döşəməsi qismən yanıb, partlayış dalğasının təsirindən 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə zamanı mənzilin sahibi 1978-ci il təvəllüdlü Əliyev Vitalik Qalyeviç və 1982-ci il təvəllüdlü Əliyeva Səbinə Talıb qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #FHN #Sumqayıtdakı #partlayışla #bağlı #məlumat #yaydı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin