Azərbaycanda bu məhsul bahalaşdı
Sementin qiyməti yüksəlib.
Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, iki həftə bundan əvvəllə müqayisədə qiymətlərdə artım müşahidə edilir.
Sahibkarların sözlərinə görə, sementin bahalaşması bir neçə gün ərzində digər mallara da təsir göstərəcək.
Onlar bildirir ki, əvvəllər sementin 1 kisəsi 7 manata satılırdısa, indi artıq 7.40 manata təklif edilməkdədir.
Bu tendensiyanın hələ nə qədər davam edəcəyi bilinmir.
Daha ətraflı videoda: