fbpx

Rus sülhməramlılar Qarabağdan nə vaxt çıxacaq?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Sentyabrın 25-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı açıqlama vermişdi. Kremlin sözçüsü bildirmişdi ki, onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.

“Biz Bakı ilə əlaqələrimizi davam etdiririk, Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir”, – deyə Peskov deyib.

Məsələyə münasibət bildirən millət vəkili Arzu Nağıyev bildirdi ki, hazırda sülhməramlıların Qarabağı tərk etməsi bu günün müzakirə mövzusu deyil:

 “Ərazimizdə ikinci bir dövlətin yaranmasına imkan verməyəcəyik” -

“Qarşıda duran əsas məsələ reinteqrasiya ilə bağlı problemlərin həllidir. Düşünürəm ki, burada da sülhməramlı qüvvələrin bizə ancaq köməyi dəyə bilər. Çünki beynəlxalq səviyyədə müqavilələr var. Eyni zamanda, orada Birləşmiş Millətlər Təşkilatının humanitar yardımla bağlı missiyası gəlib. Yəni bunların hamısı həll olunmalıdır.

Rüya tabirlerini burdan oku

Bu gün Xankəndidə Azərbaycan bayrağının dalğalanması məsələsi var. Məlumdur ki, ermənilər həmin ərazilərdən çıxandan sonra birmənalı şəkildə ərazini minalayıb çıxıblar. Bu problemlərin həll olunmasında sülhməramlılar bizə yardım edə bilərlər. Vaxtı gələndə onlar haqqında da müvafiq qərar qəbul olunacaq. Əsas diqqət inteqrasiya ilə bağlı addımlara yönəlməlidir” .

Hərbi ekspert Emin Həsənli Metbuat.az-a bildirdi ki, zamanla bu məsələ həllini tapa bilər:


“Hazırda çox böyük proseslər gedir. Bildiyiniz kimi, separatizmin ləğv edilməsi ilə torpaqlarımız azad edildi. Əməliyyatın ardınca da quruculuq, abadlıq işləri paralel sürətlə aparılır. Hazırda Azərbaycan dövlətin, əsir və girovlara qarşı ən ağır cinayət törətmiş şəxslər məsuliyyətə cəlb edilir. Biz qısa müddətdə böyük hadisələrin şahidi olduq. Qarabağda erməniəsilli vətəndaşların vətəndaşların sayı çox az qalıb. Onlar birlikdə yaşamaq istəmirlər. Düşünürəm ki, bir müddət sonra onlar da gedə bilərlər. Bundan sonra bölgədə sülhməramlıların qalmasına zərurət olmayacaq. Zamanla bu məsələ öz həllini tapacaq.

Rusiyanın rəsmisi Peskov da açıqlamasında bildirib ki, artıq üçüncü tərəf yox, Ermənistan tərəfi yoxdur, Azərbaycan öz ərazisində hər şeyi yoluna qoyulacaq. Necə ki, sülhməramlılar Qəbələdən çıxıb getdilər, Qarabağdanda zamanı gələndə gedəcəklər”.

Ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev də o qənaətdədir ki, sülhməramlı kontingentin Azərbaycan ərazilərində 2025-ciilin sonuna qədər qalması artıq gözlənilmir:

"Biz də Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad" adlandıraq" -

“Qarabağın Azərbaycan ərazisi olduğunu Ermənistan da, Rusiya da, beynəlxalq ictimaiyyət də artıq qəbul edərək Azərbaycanın qələbəsi ilə hesablaşıblar. Belə olan halda ruslara əlavə olaraq ərazilərimizdə müddətin sonuna qədər saxlanılmasına heç bir ehtiyac yoxdur. Azərbaycan öz ərazilərində bütün əhalinin, o cümlədən də erməni icmasının təhlükəsizliyini və asayişini təmin etməyə başlayıb. Yaxın perspektivdə, ən geci gələn ilin ortaları və ya sonuna qədər sülhməramlı kontingentin Qarabağı tərk edəcəyi ehtimalı çox böyükdür”.

Xatırladaq ki, 10 noyabr sazişinə görə, tərəflərdən biri razılıq verməsə, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Rus #sülhməramlılar #Qarabağdan #nə #vaxt #çıxacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu