fbpx

“Reinteqrasiya yalnız ermənilərə deyil, digər millətlərdən olan bütün köçkünlərə aiddir”- Zahid Oruc

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“20 sentyabrdan sonra yerli ermənilərin reinteqrasiyası məsələsi dövlətimizin gündəliyində ön yerinə çıxıb. Xankəndində hansı sayda ermənin qalması, gedənlərin hansı şərtlər altında qayıda biləcəyi dövlətin qərarı ilə müəyyənləşəcək. Lakin bu mürəkkəb məsələdir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri milli məclisin deputatı Zahid Oruc deyib. Millət vəkili hesab edir ki, bu mürəkkəb məsələdir.

“Çünki təkcə son 30 ildə Azərbaycanın Konstitusiya məkanından uzaq düşən sakinlər deyil, 700 mindən artıq keçmiş məcburi köçkünlərin də hüquqi vəziyyətinin necə müəyyənləşəcəyi bir nömrəli məsələdir. Prezident İlham Əliyev Böyük Qayıdış proqramını qəbul edib. İşğaldan azad olunan ərazilərdə dayanıqlı məskunlaşmanın aparılması, köçürülmənin sistemli təşkili və stimullaşdırılması üçün müvafiq hüquqi baza-“İşğaldan azad olunan ərazilərə Qayıdış və reinteqrasiya haqqında” qanun layihəsi hazırlanıb və təqdim olunub.

Lakin indi reinteqrasiya deyərkən, 1991-ci ilədək Qarabağ vilayətinin ərazisində yaşayan ermənilər nəzərdə tutulur. Belə olanda, hüquqi qarışıqlıq yaranır. Reinteqrasiya yalnız ermənilərə aid məsələ deyil, etnik mahiyyət daşımır, azərbaycanlı və digər millətlərdən olan bütün köçkünlərə aiddir.

Digər mühüm sual, reinteqrasiyanın təsir dairəsinə, paytaxt və müxtəlif ərazilərdə keçmişdə yaşayan ermənilərin ehtimal olunan müraciətləridir. Tutaq ki, 1991-ci ildə Bakıda yaşayan bir erməni reinteqrasiya qanunu əldə əsas götürərək, müxtəlif mülki, sosial tələblər irəli sürsə, davranışlarımız necə olacaq? Əlbəttə, indi bir çoxları üçün bu nəzəri məsələ kimi görünür, lakin Milli Məclis dövlətimizin siyasi gündəliyi ilə birgə fəaliyyət göstərdiyi üçün beləhüquqi bazanın yaradılması çox vacibdir.

Rüya tabirlerini burdan oku

İkincisi, son 1 ildə Azərbaycana beynəlxalq təşkilatların ölkəmizə qarşı hücumları intensivləşib və ona görə də İnsan Hüquqları Komitəsi payız sessiyasında bizə beynəlxalq təzyiq kampaniyasında iştirak edən təşkilatların fəaliyyətinə qiymət verilməsinə dair bir neçə tədbiri daxil edib.

Nəhayət, sonuncu təklif beyin mərkəzləri haqqında qanunvericilik bazasının yaradılmasıdır. Tədqiqat əsaslı idarəçilik termini İlham Əliyevin 2019-cu ildən yeni hakimiyyət quruculuğu siyasətinin ana xəttini təşkil edir.Dünyada think-thanklar önəmli mövqeyə malikdir. Ona görə də ölkəmizdə beyin mərkəzlərinin fəaliyyətinin partiyalar, qeyri-hökümət təşkilatları və mediada olduğu kimi qanunvericilik əsasında, koordinasiya olunaraq, həyata keçirilməsinə ehtiyac var. Təmsil etdiyim Mərkəz belə bir sənədi təqdim etməyə hazırdır”,- millət vəkili qeyd edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Reinteqrasiya #yalnız #ermənilərə #deyil #digər #millətlərdən #olan #bütün #köçkünlərə #aiddir #Zahid #Oruc

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu