18 yaşlı qız sevgilisi ilə zarafatlaşarkən faciə baş verdi
Türkiyənin İzmir şəhərində gənc qız sevgilisi ilə zarafatlaşarkən faciə baş verib.
Metbuat.az xəbər verir ki, qız tapança ilə zarafatlaşarkən oğlanın başına atəş açaraq öldürüb. Bildirilir ki, 18yaşlı qız Meryem 22 yaşlı sevgilisi Mirat Bulata bilmədən atəş açıb. Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib. Ağır yaralanan Bulat xəstəxanaya aparılıb, bütün müdaxilələrə baxmayaraq gənci xilas etmək mümkün olmayıb. Nəzarətə alınan Meryem həbs edilib.