fbpx

​Avtomobildəki videokamera ilə çəkilən görüntülər məhkəmədə sübut kimi təqdim edilə bilər? –

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Sürücülərin şəxsi avtomobillərində quraşdırdıqları videokameralar vasitəsilə lentə alınan görüntülər məhkəmədə sübut kimi qəbul edilə bilər“.

Metbuat.az xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Vidadi Cəfərov deyib.

O bildirib ki, bununla bağlı hər hansı istisna yoxdur:

“Sürücülər yol-nəqliyyat hadisələri ilə bağlı cinayət işlərində həmin görüntüləri sübut kimi məhkəməyə təqdim edə bilərlər. Həmin görüntülər mütləq qaydada ekspertizaya göndəriləcək. Ekspertlər bu görüntülərin həqiqi olub-olmadığını, görüntülərə müdaxilə edilib-edilmədiyini müəyyən etməlidir. Əgər həmin görüntülər, doğrudan da, hadisə ilə bağlı gerçəkçiliyi əks etdirirsə, biz təbii ki, onu sübut kimi qəbul edəcəyik. Həttamən deyərdim ki, bu, bəzən məhkəmənin işinə çox böyük kömək edir. Çünki bizim məqsədimiz obyektiv gerçəkliyi müəyyən etmək, düzgün, ədalətli qərar verməkdir. Ona görə də iş üçün əhəmiyyət kəsb edən bütün mötəbər sübutları qəbul edirik”, – deyə hakim qeyd edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Avtomobildəki #videokamera #ilə #çəkilən #görüntülər #məhkəmədə #sübut #kimi #təqdim #edilə #bilər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin