Feysbuk və instaqramda yenilik – Reklam izləmək istəməyənlər….
İnstaqram və feysbuk Avropa istifadəçilərindən reklamsız abunəlik üçün ayda 16 avro tələb edə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat verib. Bildirilib ki, Meta şirkəti reklamsız abunəlik xidməti üzərində işləyir. Xidmətə əsasən Meta masaüstü istifadəçilərdən feysbuk və instaqram hesabı üçün ayda təxminən 10 avro və hər bir əlavə əlaqəli hesab üçün isə təxminən 6 avro tələb edəcək.
“WSJ”nin məlumatına görə, mobil cihazlarda qiymət ayda təxminən 13 avroya qədər yüksələcək. Çünki Meta bu versiyada “Apple” və “Google”un tətbiq mağazalarının tətbiqdaxili ödənişlərinin komissiyalarını da nəzərə alacaq.